Nazirlə görüşmək istəyənlərin nəzərinə!

14 Oktyabr 2015 14:35 (UTC+04:00)

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev sabah saat 13:00-da Bərdə Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.  Qəbula yazılmaq istəyən vətəndaşlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.