"Heç bir vətəndaşımız ölməsin, Avropa çempionatına getməməyə hazırıq"

14 Oktyabr 2015 23:00 (UTC+04:00)

AVRO-2016-nın təsnifat mərhələsində inanılmazı edərək turnirin final mərhələsinə vəsiqə qazanan Türkiyə 8 illik fasilədən sonra yenidən qitə çempionatına bilet sifariş edib. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, matçdan sonra "ay ulduzlular"ın baş məşqçisi Fatih Terim bunları deyib:

"Bu futbolçulara sahib çıxaq. İndi burda danışmaq çox asandır. Latviyadan 1 xalla qayıdandan sonra demişdim ki, hələ heç nə sona çatmayıb. Bu səbəbdən mən və komandam təvazökar olacağıq. Təsnifat mərhələsini 18 xalla bitirdik. Uçurumdan yuvarlanmaq ehtimalı olan oyunlar keçirdik. Birində məğlub olsaydıq, şanslar itirilmiş olacaqdı. Türkiyə hər şeyin ən yaxşısına layiqdir. Birlikdə olsaq, edə bilməyəcəyimiz iş yoxdur. Zəhmətin qarşılığını görüb gözləntiləri boşa çıxarmadıqsa, özümüzü xoşbəxt hiss edə bilərik. Şükürlər olsun, Allah bu sınaqdan biri başıuca çıxardı".

"Futbolçulara matça çıxmadan öncə qorxmamaq lazım olduğunu dedim. Matçdan sonra bu gənc heyəti Avropa çempionatına vəsiqə qazanması münasibətilə təbrik etdim. Məğlub olanda yox, ümidini itirəndə uduzursan. Biz heç vaxt ümidimizi itirmədik. Ümid edirəm ki, Avropa çempionatında da uzun yol keçərik. Çexiyada ən böyük uğurlardan birini qazandıq. Amma çox sevinə bilmədik. Heç bir vətəndaşımız ölməsin (red. Ankarada oktyabrın 10-da baş vermiş terror aktında) deyə Avropa çempionatına getməməyə hazırıq. Dünya çempionatına da. Bütün qələbələri onların ruhuna ithaf edirik".