Ferrari Vetteli istəmədi

16 Oktyabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Ferrari"nin prezidenti Montezemolo, Sebastian Vettelin gələcəkdə İtalyan qrupuna qatılacağı istiqamətindəki fərziyyələri ciddi qəbul etmədiyini söyləyib. İtaliyanın "Rai" radiosuna müsahibə verən Montezemolo, belə bir uyğunluğun sıra içində gərginliyə səbəb olmasından narahat olduğunu dilə gətirib. Di Montezemolo, "Eyni hində iki xoruz istəmirəm. Özləri üçün yarışan deyil,  Ferrari üçün yarışan iki pilotu üstün tuturam." sözlərini söyləyib.