Avtobus qəzası baş verib

16 Oktyabr 2012 18:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, Əfqanıstanın Bağlan vilayətində baş verən yol qəzasında 1 nəfər ölüb, 27 nəfər yaralanıb. Əfqanıstanın şimalında olan Cevizcan vilayətindən paytaxt Qabilə doğru gedən avtobus Bağlan şəhər mərkəzi Pulhumrinin Çeşməyişir bölgəsində sürücünün idarəni itirməsi nəticəsində aşıb. Bağlan Dövlət Xəstəxanasının həkimi Əhməd Cavid Əlimyarın bildirdiyinə görə, qəzada avtobusda olan sərnişinlərdən biri həlak olub. 22 yaralı sərnişin isə Bağlan Dövlət Xəstəxanasına qaldırılıb. Vəziyyəti ağır olan 5 yaralı isə paytaxt Qabilə göndərilib.