Paytaxtda "Baku Bus"-ın yeni marşurutu açılacaq-Özəl

15 Oktyabr 2015 12:00 (UTC+04:00)
Bakıda daha bir marşurut xətti açılqcaq. Bu barədə Movqe.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətin rəhbəri Vüqar İbrahimli məlumat verib. V. İbrahimli bildirib ki, açılacaq yeni xətə "BakuBus"-ın yeni avtobusları buraxılacaq: "Bu həftənin sonundan Bakıda 2 saylı marşurut açılaraq sərnişinlərin istifadəsinə veriləcək. Marşurut avtobusu 20 Yanvar metrostansiyasının yaxınlığından hərəkət edəcək: "Hələki bu marşurutun tam olaraq 20 Yanvar dairəsindən hansı istiqamətə gedəcəyi dəqiqləşdirilir".