Çoxmənzilli binaların sakinlər tərəfindən idarə olunmasına maraq artır

15 Oktyabr 2015 12:45 (UTC+04:00)

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən Mənzil Məcəlləsindən irəli gələn məsələlərin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin təbliği, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılmasının dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.

İSN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri üzrə Binəqədi və Yasamal rayonlarının hər birində 4, Xətai rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 2 və Nərimanov rayonu üzrə 1 MMMC olmaqla, dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin ümumi sayı 16-ya çatıb.


Hazırda ayrı-ayrı ünvanlarda yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması ilə bağlı işlər davam etdirilir.