AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyin olunub.
Movqe.az Goal.az-a istinadən məlumat verir ki, o, oktyabrın 20-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Barselona" (İspaniya) oyununa matçın direktoru (UEFA Venue Director) təyinatı alıb.