Gürcüstana gedən azərbaycanlılara xəbərdarlıq edildi

15 Aprel 2012 19:13 (UTC+04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana səfər edənlərə xəbərdarlıq edib. Nazirlik Azərbaycan Respublikasının vətəndaşlarını Gürcüstanın hökuməti tərəfindən nəzarət edilməyən ərazilərinə bu ölkənin müvafiq dövlət orqanlarının icazəsi olmadan səfər etməkdən çəkinməyə çağırır. Gürcüstan qanunvericiliyinə əsasən belə səfərlər qeyri-qanuni hesab edilir səfər etmiş şəxslər müvafiq olaraq cəzalandırılır.

"Bunları nəzərə alaraq, Gürcüstana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məqamı nəzərə alsınlar".