Planetlər “kiçik parad” keçirir – Siz də görə bilərsiniz

16 Oktyabr 2015 00:30 (UTC+04:00)

Hazırda Günəş sistemində "planetlərin kiçik paradı" müşahidə olunur. "Parad" oktyabrın 20-nə qədər davam edəcək. "Planetlərin kiçik paradı" o deməkdir ki, Günəş, Merkuri, Venera, Mars, Yupiter və Ay bir xətt üzrə düzülürlər. Bu unikal astronomik hadisəni Günəşin çıxışına 1.5-2 saat qalmış binoklla, yaxud hətta adi gözlə də görmək mümkündür. Oktyabrın 20-dın sonra isə Merkuri ümumi sıranı tərk edərək, Günəşə yaxınlaşacaq.