Müxalifət Rusiyanın Suriyadakı müharibədə iştirakına etiraz olaraq mitinq keçirəcək

15 Oktyabr 2015 23:00 (UTC+04:00)

Rusiyanın "Solidarnost" ("Həmrəylik") müxalifət hərəkatı bu ölkənin Suriyadakı müharibədə işitirakına etiraz olaraq oktyabrın 17-də Moskvada mitinq keçirəcəyini elan edib. Movqe.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.Aksiya təşkilatçıları bildirib ki, "Solidarnost" 2014-cü ildən davamlı olaraq Rusiyanın Ukraynaya yönəlik siyasətinə qarşı aksiya keçirir. Moskvanın regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Aleksey Morozov deyib ki, aksiyanın mövzusu "Ölkədəki və dünyadakı mövcud siyasi-iqtisadi və hərbi-siyasi vəziyyətə, eləcə də Rusiyanın xarici siyasətinin bəzi məqamlarına münasibət bildirmək"dir.

Moskva hökuməti oktyabrın 17-də saat 15:00-da (Moskva vaxtı ilə) şəhərin Suvorov meydanında aksiya keçirməyə icazə verib.