Salam Sarvan Yazıçılar Birliyindən çıxdı

16 Oktyabr 2015 11:30 (UTC+04:00)

Şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb.  Movqe.az bildirir ki, S. Sarvan bu barədə Facebook səhifəsində yazıb. Şair qeyd edib ki, onun bu addımı kimlərdənsə inciklik deyil: "Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. Sadəcə, düşünürəm ki, yaş artdıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdı. Ümumən, bütün məsələlərdə belə bir düstura inanıram: hələ ki, gec deyil!".