Astarada nadir “Kərgədan böcəyi” tapılıb - FOTO

16 Oktyabr 2015 12:30 (UTC+04:00)

Astara rayonunun Şiyəkəran kənd sakini, ixtisasca bioloq olan Yunus Qulamov evlərinin həyətyanı sahəsindən iki böcək tapıb. APA-nın cənub bürosunun məlumatına görə, Y. Qulamov birinin uzunluğu 4-5, digərininki isə 2 santimetrə yaxın olan böcəkləri kibrit qutusuna salaraq evə gətirib. Bir müddətdən sonra böcəkləri yoxlamaq istəyən bioloq onların saxlandığı qutuda olmadığını görüb. Sonlardan onlardan birini həyətyanı sahəsində tapan bioloq çox nadir hallarda rast gəlinən bu növ böcəklərin alın hissəsində buynuz şəklində bir çıxıntı olduğu üçün onların "Kərgədan böcəyi" adlandırıldığını bildirib: "Nadir rast gəlinən böcək növlərindən biridir. Əsasən ekvatorun şimal yarımkürəsində yayılıb, yəni Asiya ərazisində yayılan bir böcək növüdür. Keçmişdə bunlara bizim bölgəmizdə daha çox rast gəlinib. Amma son dövrlərdə nadir hallarda rast gəlinir".

Respublikamızda nadir həşərat növü sayılan "Kərgədan böcək"ləri bir sıra xüsusiyyətlərinə görə dünyanın ən güclü böcəyi kimi tanınır. Böcəyin qiymətinin isə 90-100 min ABŞ dolları dəyərində olduğu bildirilir: "Bunlardan dünyanın əksər ölkələrində, daha çox isə Yaponiyada döyüş məqsədilə istifadə olunur. Elə bu səbəbdən də onlara döyüşkən "Kərgədan böcəkləri" deyilir, çünki bu böcəklərin öz çəkisindən 30 dəfədən çox ağır yük götürmək və çəkmək qabiliyyəti var".

Belə növ döyüşkən böcəklərin qiyməti 90-100 min ABŞ dolları dəyərində qiymətləndirilir.

Bioloqun sözlərinə hörə, "Kərgədan böcəyi" 5 sm, bəzi hallarda isə 10-12 sm-ə qədər inkişaf etmə xüsusiyyətinə malikdir.

Hazırda plastik qabda saxlanılan "Kərgədan böcəyi" əsasən meyvə və tərəvəzlə qidalanır.