Ruhani ilk dəfə Avropaya səfərə gedir

16 Oktyabr 2015 15:15 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani 14-15 noyabr tarixlərində İtaliyaya səfər edəcək.


Bu barədə Movqe.az "Fars News"-a istinadən məlumat verir.


Səfər zamanı İran lideri İtaliyalı həmkarı, həmçinin bu ölkənin baş naziri və digər rəsmi şəxsləri ilə görüşəcək.


Görüşlər zamanı tərəflər ikitərəfli münasibətlər, İran və "Altılıq" ölkələri arasında imzalanan nüvə razılaşması, Suriya və İraqdakı böhran, həmçinin digər beynəlxlaq məsələləri müzakirə edəcəklər.