Bakıda iki ərazidə sürüşmə nisbi aktivləşib-Açıqlama

16 Oktyabr 2015 16:00 (UTC+04:00)
"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmənin baş verməsinə səbəb atmosfer çökünlərinin təsiri ola bilər. Amma bununla belə həmin ərazidə tədqiqat aparılmalı, sürüşmənin səbəbləri öyrənilməlidir. Hazırda həmin ərazidə aktivləşmə yoxdur. Yarğan boyu bitum töküldüyündən elə anlaşılır ki,  o ərazidə sürüşmə aktivləşib. Əslində isə əvvəlki prosesdir". Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib. R. Həsənov nisbi aktivləşmənin  hazırda Abşeron rayonunun Masazır qəsəbəsində və Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki sürüşmə sahələrində qeydə alındığını söyləyib. Onun sözlərinə görə, Mazasırda sürüşməni aktivləşdirən səbəb ərazidə olan "qır gölü"nə kanalizasiya sularının axıdılmasıdır.