Mal əti əvəzinə donuz əti satılıb

17 Oktyabr 2012 15:54 (UTC+04:00)
Movqe.Az bildirir ki, İsveçdə tonlarla donuz ətinin rənglənilərək topdan satış mağazalarına qırmızı ət adı ilə satıldığı məlum olub. İsveç, bu xəbəri Avropa Birliyi səviyyəsində yayımlayıb. İsveçdəki skandal, şikayət nəticəsində topdan satış şirkətində satılan ətin Milli Qida Təşkilatı tərəfindən analiz edilməsi nəticəsində məlum olub. Bunun nəticəsində, əti satan şirkət polisə şikayət edilib. Təşkil edilən əməliyyatda, mal əti olaraq satılmağa hazırlanan 3 ton donuz əti aşkar edilib. Donuz ətinin, Macarıstandan idxal edildiyi bildirilir. İsveçdə bazarda hələ tonlarla saxta mal əti olduğu güman edilir.