Türkiyənin daha bir süni peyki uğurla orbitə buraxılıb

17 Oktyabr 2015 17:30 (UTC+04:00)

Türkiyənin yeddinci süni peyki -"Türksat 4b" Qazaxıstandakı Baykanur kosmik stansiyasından orbitə buraxılıb.Anadolu Agentliyinin məlumatına görə, hazırlanmasında türk mühəndislərinin də iştirak etdiyi "Türksat 4b" oktyabrın 16-da Türkiyə vaxtı ilə saat 23:40-da fəzaya göndərilib.