Saatlıda ticarət mərkəzi yanıb

18 Oktyabr 2015 12:30 (UTC+04:00)

Saatlıda ticarət mərkəzi yanıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Saatlı rayonunda ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 08:00-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.