Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlinə dəyişiklik

18 Oktyabr 2015 19:30 (UTC+04:00)

Bu gündən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik qüvvəyə minir.


Movqe.az-ın Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinə istinadən məlumatına görə, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb. Bundan sonra elektrik qatarları gün ərzində 20 reys edəcəklər.


Bu reslərdən 10-u Bakı-sərnişin stansiyasından Sumqayıt istiqamətinə, digər 10-u isə əks istiqamətə hərəkət edəcəklər.


Beləliklə, Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.


Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Baki sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.