"Günahlandırmaq asan, mübarizə aparmaq çətindir"

17 Oktyabr 2012 18:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Ban Ki Mun, "Dünya yoxsulluqla mübarizə günü" münasibətilə bir ismarıc göndərib. 7 milyardlıq dünya əhalisinin ən az yarısı gündə 2 dollardan, 1 milyard 300 milyonu da 1 dollardan az pulla həyatını davam etdirməyə çalışır. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Mun da 17 oktyabr "Dünya yoxsulluqla mübarizə günü" mesajında​​, yoxsullarla həmrəy olmağa çağırışı edib. Ban, "Yoxsulluğu günahlandırmaq asan, lakin, mübarizə aparmaq çətindir" deyib. Ədalətsiz gəlir paylaşımı və nəticələrindən biri olan yoxsulluq, dünyanın ən böyük və ən əhəmiyyətli problemlərindən birini təşkil edir.