“Sumqayıt”da rekord təkrarlandı

19 Oktyabr 2015 15:15 (UTC+04:00)

Pərdis Fərcad-Azad "Sumqayıt"ın rekordunu təkrarlamaqla klubun tarixinə düşüb.Movqe.az  Goal.az-a istinadən məlumatına görə, Premyer Liqanın VIII turunun "İnter"lə ev oyununda qol sevinci yaşayan 27 yaşlı hücumçu klubunun ölkə çempionatlarındakı ən yaxşı bombardiri adına şərik çıxıb. "Sumqayıt"ın heyətində Premyer Liqada 18-ci dəfə fərqlənən Pərdis bu göstəricidə Məhəmməd Qurbanova çatıb. Sonuncu artıq "Gənclik şəhəri" təmsilçisində çıxış etmədiyindən Fərcad-Azad rekordu yeniləmək imkanına malikdir. Komandasındakı 66-cı oyunda buna nail olan Pərdisin orta məhsuldarlığı 0,273-ə bərabərdir. Cari mövsümdə 7 matçda ilk dəfə fərqlənən hücumçu qollarından 9-nu 2012/13 (23 oyun), 6-nı 2013/14 (24 oyun), 2-ni 2014/15 (12 oyun) mövsümlərində vurub.

"Sumqayıt"ın Premyer Liqada 3-cü bombardiri Orxan Əliyevin hesabında isə 14 top var.