Yeni planet Yerə yaxındır

17 Oktyabr 2012 18:18 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Nature" jurnalında nümayiş olunan araşdırmaya görə, Günəş Sisteminə yalnız 4 işıq ili (340 trilyon kilometr) uzaqlıqdakı planet Günəşə ən yaxın ulduzlardan biri olan "Alpha Centauri B"nin orbitində yerləşir. Çilidə olan Avropa Cənub rəsədxanasındakı "HARPS" teleskopu ilə kəşf edilən planet Yer ilə eyni kütləyə sahibdir və "Alpha Centauri B" ulduzunun ətrafındakı fırlanmasını 3,7 gündə tamamlayıb. Planet indiyə qədər Günəş Sistemi xaricində kəşf edilən 842 planet arasında ən yaxın olanıdır. Səthdəki temperaturun təxminən 1200 dərəcə olaraq təxmin edildiyi planetdə həyat ehtimalı yoxdur. Digər tərəfdən Günəş Sisteminin xaricindəki planetlərlə əlaqədar araşdırmalar, bir planeti olan ulduzların ümumiyyətlə başqa planetlərə də sahib olduğunu göstərdiyi üçün "Alpha Centauri B" ulduzu ilə əlaqədar araşdırmalar dəqiqləşdiriləcək.