Çempionlar Liqası yarışlarında mübarizə aparacaq klublarımız qarşılaşıb

19 Oktyabr 2015 18:00 (UTC+04:00)

Yeni mövsümə hazırlığı davam etdirən Bakının qadınlardan ibarət "Telekom" və "Lokomotiv" voleybol klubları yoldaşlıq oyunu keçiriblər.


Movqe.az Goal.az-a istinadən məlumat verir ki, Bakı Olimpiya İdman Kompleksində təşkil olunan oyunda "Lokomotiv" 3:1 hesabı ilə qalib gəlib.


Hər iki komandamız Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. "Lokomotiv" "A" qrupunda "Azərreyl" (Azərbaycan), "Alyants Ştutqart" (Almaniya) və "Dinamo Kazan" (Rusiya) komandaları ilə qarşılaşacaq. "Telekom" isə "E" qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin rəqibləri Almaniyanın "Drezdner", Türkiyənin "Fənərbaxça" və Polşanın "İmpel Vrotslav" klublarıdır.