Özünü ev heyvanı hesab edir

17 Oktyabr 2012 19:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, Malavidə bir həftəlikkən anası tərəfindən tərk edilən "Musa" adlı bala fil özünü it zənn edir. Yerləşdirildiyi xüsusi heyvanatxanada bütün gün itlərlə vaxt keçirən 7 aylıq bala, gecə də heyvanatxananın sahibi Cenni Ueblə birlikdə yatır. Musaya gözləri kimi baxan baytarlar, ilk tapıldıqda yaşamağa 20 faiz şansı olan filin artıq daha sağlam olduğunu söyləyirlər.