​ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 3-4-də Belqradda keçiriləcək

20 Oktyabr 2015 10:45 (UTC+04:00)

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək. "Report" ATƏT-in mətbuat xidmətinə istinadən məlumat verir ki, bu ilki iclas Serbiya xarici işlər naziri, təşkilatın hazırki sədri İvitsa Daçiçin dəvəti ilə baş tutacaq.

Toplantıda təşkilata sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici və idarəedici orqanıdır. İldə bir dəfə ATƏT-ə üzv olan 57 ölkənin xarici işlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir.