Rəfael və Coşqun avtobusda bələdçilik etdilər-FOTOLAR

20 Oktyabr 2015 18:55 (UTC+04:00)
"ASAN xidmət", "ASAN Könüllüləri" təşkilatı və "Baku Bus" MMC birgə layihə çərçivəsində "Nəqliyyat bələdçisi" adlı keçirdiyi aksiyada bu dəfə "Bu şəhərdə" kollektivi Coşqun Rəhimov, Rəfael İsgəndərov və Müşviq Abbasov vətəndaşları ictimai nəqliyyatdan düzgün istifadəyə çağırıblar. Sevimli aktyorların ictimai nəqliyyatda "ASAN xidmət"in aksiyasına qoşulması sərnişinlər tərəfindən maraqla qarşılanıb.