Bayram Səfərov: "İşğalçı Ermənistan tükənmək üzrədir"

18 Oktyabr 2012 12:02 (UTC+04:00)

"Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır".

Bu fikri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

O bildirib ki, bu bölgədə Azərbaycan qanunları tətbiq olunmalıdır. Onun sözlərinə görə, işğalçı Ermənistanın dəstəyi ilə Qarabağda qondarma rejim fəaliyyət göstərir.Amma indi işğalçı dövlət də tükənmək üzrədir. Ermənistanın iqtisadi göstəriciləri yoxdur və bu dövlət ilbə-il tənəzzülə doğru gedir. Ona görə də, separatçı Dağlıq Qarabağ rejiminə də yardım göstərə bilmirlər.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağda əhali qalmayıb, insanların əksəriyyəti vəziyyətin ağırlığı səbəbindən köçüb gedib. Qalanlar da dilənçi vəziyyətində yaşayırlar. Burada yaşayan əhali yalnız Azərbaycan qanunları tətbiq olunandan sonra yaxşı yaşaya biləcəklər. Dağlıq Qarabağın sadə erməni əhalisi bu günü gözləyir.