Baş Prokurorluq təkzib etdi: “Heç kəsə qarşı təzyiq edilməyib”

18 Oktyabr 2012 12:03 (UTC+04:00)

Baş Prokurorluq Quba hadisələrində saxlanılan şəxslərə təzyiq göstərilməsi məsələsinə aydınlıq gətirdi.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin müdafiə hüquqlarının pozulması, onlara təzyiq göstərilərək müdafiəçilərdən imtina etmələrinin tələb olunması hallarına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

"Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur" – deyə, Baş Prokurorluqdan bildirilib.