Bakının iki rayonunda qaz olmayacaq

21 Oktyabr 2015 12:00 (UTC+04:00)

Suraxanı və Qaradağ rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.  "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, qarşıdan gələn qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədi ilə oktyabrın 21-də saat 10:00-dan işlər yekunlaşanadək, Suraxanı və Qaradağ rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.