"AzMeCo" "Qazprom"dan qaz tədarükünü dayandırmağı istəyib

21 Oktyabr 2015 15:15 (UTC+04:00)

Azərbaycanın "AzMeCo" şirkəti metanol zavoduna qaz tədarükünü dayandırmaq xahişilə "Qazprom"a rəsmi müraciət edib. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə "AzMeco" şirkətindən deyiblər.


Şirkətdən qeyd ediblər ki, bu müraciət dünyada metanolun ixrac qiymətlərinin aşağı düşməsi ilə əlaqədardır: "Bağlanmış müqavilə çərçivəsində Rusiya qazının alışı üzrə əməliyyatların qeyri-rentabelliyilə əlaqədar şirkət oktyabrın 21-dən Azərbaycana qazın verilişini dayandırmağı xahiş edib".