Şadlıq sarylarının fəaliyyəti ilə bağlı standart hazırlanıb

18 Oktyabr 2012 13:25 (UTC+04:00)

Azərbaycanda şadlıq sarylarının fəaliyyəti ilə bağlı standart hazırlanıb.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Starndartlaşdırma və texniki tənzimlənmə üzrə dövlət nəzarəti xidmətinin rəisi Əbülfət İmanov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan şadlıq saraylarının əksəriyyətində nöqsanlar mövcuddur. Şadlıq saraylarında təsdiq olunmuş ressepturalardan istifadə olunmur. Ona görə normativ standart hazırlanıb və yaxın zamanlarda qəbul olunacaq.