“VAZ-2107” avtomobillərinin istehsalı dayandırılır

15 Aprel 2012 19:26 (UTC+04:00)
Rusiyanın "AvtoVAZ" şirkəti gələn həftədən etibarən "VAZ-2107" modelli avtomobillərin istehsalını dayandırır. APA-nın xəbərinə görə, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr üzrə direktoru İqor Burenkov bildirib.

Onun sözlərinə görə, model sırasını yeniləmək qərarına gələn "AvtoVAZ"ın satış həcmi bu ilin I rübündə 3 dəfə aşağı düşüb: "Klassik modellərə tələbat azalıb. Artıq onlarla vidalaşmaq zamanı gəldi. Ona görə gələn həftədən etibarən "VAZ-2107" istehsalını dayandırırıq".

Qeyd edək ki, "VAZ-2107" avtomobil modeli 1978-ci ildən istehsal olunur. Azərbaycana bu model 1980-ci ildən etibarən idxal olunur. Bu modelin istehsalı dayandırılmasa belə, mayın 1-dən onu Azərbaycana idxal etmək mümkün olmayacaq. Azərbaycan Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin (SMPDK) fevral ayında verdiyi qərara əsasən, bu il mayın 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrində "ABS" əyləc sistemi ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına istehsalına icazə verilməyəcək. SMPDK-nın təsdiq etdiyi "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə görə, may ayının 1-dən Azərbaycana idxal olunan ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) "ABS" əyləc sistemi ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına istehsalına icazə verilməyəcək.

Xatırladaq ki, "AvtoVAZ" şirkəti 1993- ildə yaradılıb. Şirkətin əsas səhmdarlarından biri Fransanın "Renault" şirkətidir. "AvtoVAZ"ın səhmlərinin 25%-i "Renault"a məxsusdur. Hazırda şirkət "Lada Priora", "Kalina", "Samara", eləcə "klassik" modellər (o cümlədən "VAZ-2107") buraxır.