Ay necə yaranıb?

18 Oktyabr 2012 15:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, alimlər Yer kürəsi və Mars planeti böyüklüyündəki asteroidin (ya da planetin) toqquşması nəticəsində Ayın meydana gəldiyi iddiasını dəstəkləyən yeni bir model hazırlayıb. ABŞ-ın Texas ştatındakı Cənub-qərbi Araşdırma İnstitutunun (SwRI) planetlərin tədqiqilə məşqul olan alimi Robin Kanup nəhəng toqquşmanın necə meydana gəldiyini göstərən bir model hazırlayıb. Kanupa görə toqquşma zamanı mövcud olan 2 astroid Marsdan 4 və ya 5 dəfə daha böyük, bu günki Dünyanın isə yarısı qədər idi.Yerin ətrafında daha sonra Ayı meydana gətirəcək materiallardan ibarət olan bir disk meydana gəlib. 

Xatırladaq ki, iki il əvvəl Kopenhagen Universitetinə tabe Niels Bohr Araşdırma İnstitutu, toqquşmanın Günəş Sistemi meydana gəldikdən 150 milyon il sonra reallaşdığını göstərən  araşdırma həyata keçirmişdi.