“Borussiya”nın baş məşqçisi: “Qəbələ” çox güclü rəqibdir"

22 Oktyabr 2015 13:00 (UTC+04:00)

Oktyabrın 21-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Bakcell Arena"da təşkil ediləcək "Qəbələ" komandası ilə matçdan əvvəl Almaniyanın "Borussiya" Dortmund klubunun baş məşqçisi Tomas Tuxel mətbuat konfransı keçirib.

Movqe.az-ın Goal.az-a istinadən  məlumatına görə, "Qəbələ"ni güclü rəqib kimi dəyərləndirən T.Tuxel Azərbaycan klubunun çox fəal və gözəl komanda oyunu nümayiş etdirdiyini bildirib:"Qəbələ"nin futbolçularını ayrı-ayrılıqda qeyd etmək istəməzdim. Lakin burada istedadlı futbolçular yetərincədir. Bütövlükdə, komanda çox gözəl təəssürat bağışlayır. Azərbaycan klubunun "Krasnodar" klubu ilə qarşılaşmasını izləmişəm. Deyə bilərəm ki, "Qəbələ" Rusiya klubu ilə qələbəyə layiq oyun nümayiş etdirdi. Sabah 4-4-2 taktikasına və topa sahib olmağa üstünlük verməklə mübarizə aparacağıq.Rəqibə çox ciddi yanaşırıq, amma Bakıya lazımi nəticə, üç xal üçün gəlmişik".