Miri Yusif Funda Arara görə Türkiyəyə gedir

22 Oktyabr 2015 13:20 (UTC+04:00)

Müğənni Miri Yusif Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlama verib.

Movqe.az-ın məlumatına görə, sənətçi türkiyəli müğənni Funda Ararın onun "Bağışla" mahnısını icazəsiz ifa etdiyinə görə qardaş ölkəyə yollanacağını açıqlayıb:


"Funda Ararın ifasını çox bəyəndim. Amma mənim haqqımı tapdaladılar. İstəyirəm ki, bu mahnının hər təqdimatında müəllif kimi mənim adım səslənsin, klipdə yazılsın. Bununla bağlı yaxın günlərdə Türkiyəyə gedəcəyəm. Orada Funda Ararla görüşdükdən sonra böyük ehtimalla, istəyimə nail olacağam, haqqım geri qaytarılacaq. Mən pul dalınca qaçmıram, yetər ki, müəllif kimi adımı hallandırsınlar".


Ailəsindən danışan M.Yusif övladlarının ona uğur gətirdiyini bildirib:


"Uğurumun ruzisi mənim övladlarımdır. Keçmişdə belə böyük uğurlarım olmayıb, çünki o zaman övladlarım, çox sevdiyim, gözəl xanımım yox idi. Bütün bunlar həyatımda olduqdan sonra uğurlarım da çoxalıb. Oğlumu çox istəyirəm, amma hər atanın öz qızına qarşı sevgisi tam başqadır".