Multivitaminlər kişilərdə xərçəng riskini azaldır

18 Oktyabr 2012 16:10 (UTC+04:00)

Movqe.az xəbər verir ki, daimi istifadəsi müzakirə mövzusu olan multivitaminlərin kişilərdə xərçəng riskini azaltdığı meydana çıxıb. ABŞ-da təxminən 15 min kişi üzərində edilən araşdırmaya görə gündəlik nizamlı olaraq multivitamin istifadəsi xərçəng riskini 8 faiz nisbətində azalda bilir. Harvard Universiteti Tibb Fakültəsi müəllimi Prof. Dr. J. Maykl Qazianonun rəhbərliyi altında edilən araşdırma 15 il əvvəl başlayıb. Yaşları 50-ni keçən 1300-dən çox xərçəng xəstəliyi olan 14 min 641 Amerikalı həkimin bir qisiminə funksiyası olmayan "Placebo" həbləri, bir qisiminə isə multivitamin həbləri verilib. Hər gün nizamlı olaraq verilən həbləri istifadə edən həkimlər 11 il sonra araşdırmaçılar tərəfindən ziyarət edilib. Ziyarətlər sonrası əldə edilən məlumatlara görə nizamlı alınan multivitaminlərin xərçəng riskini 8 faiz nisbətində azaltdığı görülüb.Prof. Dr. Qaziano mövzuyla əlaqədar olaraq, multivitaminlərin xroniki xəstəliklər və xərçəngə yaxşı gəldiyi mövzusundakı mübahisəli məlumatlara baxmayaraq bir çox adamın bu həbləri istifadə etməyə davam etdiyini deyib. Xatırladaq ki, elm adamları keçmişdə də multivitaminlər haqqında müxtəlif araşdırmalar etmişdi. 2010-ci ildə İsveçli elm adamları 35 min qadın üzərində edilən araşdırma nəticəsində multivitaminlərin qadınlarda döş xərçəngi riskini artırdığını bildirmişdi.