"Oskar"ı bu il o aparacaq

22 Oktyabr 2015 14:45 (UTC+04:00)

Bu il 88-ci "Oskar" mükafatlandırma mərasiminin aparıcısı yumorist-prodüser Kris Rok olacaq.

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə əvvəlcə öz "Twitter" səhifəsində məlumat yayıb. Belə ki, Kris əlində heykəlciklə şəklini paylaşaraq "Baxın, kim qayıtdı" sözlərini yazıb.

Daha sonra isə mərasimin prodüserləri xəbəri "Oskar" Akademiyasının rəsmi saytında təsdiq ediblər. Onlar builki namizədin Kris Rok olmasına belə izahat veriblər:


"Kris Rok real namizəddir. O, yumorist, aktyor, ssenarist, prodüser, rejissordur. Hər sahədə istedadlıdır. O, "Oskar"ın aparıcısı olacaq".


Qeyd edək ki, "Oskar" mükafatalandırma gecəsi gələn il fevralın 28-də Hollivudun "Delby" kinoteatrında keçiriləcək.