Çində məmurlar qarınqululuq edə bilməyəcək

23 Oktyabr 2015 00:30 (UTC+04:00)

Çin dövlət məmurlarına yeni qadağalar qoyub. Qadağalara həyat yoldaşına xəyanət etmək, qolf oynamaq, qarınqululuq etmək daxildir. Kommunist partiyası qadağaları korrupsiya ilə mübarizə və dövlət məmurlarının mənəvi simasını qorumaq məqsədilə qoyduğunu bildirib. Partiya üzvlərinə sərt əxlaqi çərçivədə qalmaq və lüks geyinməkdən qaçmaq tapşırılıb. Xatırladaq ki, 2013-cü ildə Çinin birinci katibi seçilən Si Szinpin cəmiyyəti xırda və yüksək vəzifəli məmurlara qarşı rəhm etmədən mübarizə aparmağa çağırmışdı.