"Emmanuelle" vəfat edib

18 Oktyabr 2012 17:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Emmanuelle" filmi ilə tanınan qadın aktrisa Silvia Kristel vəfat edib. "Features Creative Management" istehsal şirkəti xərçəng müalicəsi görən 60 yaşlı Hollandiyalı aktrisanın gecə yarısı yuxusunda öldüyünü bildirib. Kristel iyul ayında iflic keçirmiş və xəstəxanada müalicə almışdı.Qırtlaq xərçəngi olan Kristel 1974-cü ildə rejissorluğunu Cast Cekin etdiyi eyni adlı romandan götürülmüş "Emmanuelle" film ilə şöhrət qazanmışdı.Filmin davamı olaraq 1975-ci ildə "Emmanuelle 2", 1977-ci ildə "Əlvida, Emmanuelle" və son olaraq 1984-cü ildə "Emmanuelle 4" filmi çəkilmişdi.