Bu günün havası: duman, çiskin, yağış...
23 Oktyabr 2015 10:45 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda
və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava
şəraitinin gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı
gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz
16-19, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti
olacaq. Atmosfer təzyiqi 769 mm civə
sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95,
gündüz 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin
əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman,
çiskin olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22,
dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.