Vergilər Nazirliyi yeniliklər edəcək

23 Oktyabr 2015 11:00 (UTC+04:00)

Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində ödəniş terminallarının quraşdırılması nəzərdə tutulur. Bu barədə fins.az nazirliyə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı müvafiq təşkilatlarla danışıqlar aparılır. Hazırda isə vergi ödəyiciləri hesabatlarını xidmət mərkəzlərində təqdim edə bilir, burada göstərdikləri vergiləri isə banklar vasitəsilə ödəyirlər. Digər yenilik isə "onlayn növbə" xidmətinin istifadəyə verilməsi olacaq. Artıq bu xidmətin layihəsi hazırlanıb və aidiyyəti şirkətlərlə danışıqlar aparılır. Nazirliyin www.taxes.gov.az internet səhifəsində "onlayn növbə" xidməti yer alacaq. Vergi ödəyiciləri mərkəzə gəlməzdən əvvəl onlayn növbəyə dura biləcəklər. Burada isə onlara verilən müvafiq kodu terminala daxil etməklə müraciət etdikləri xidmətlə bağlı təmsilçinin masasına yaxınlaşacaqlar.