Macarıstanın "WizzAir" aviaşirkəti Bakıya uçuşları bərpa edir

23 Oktyabr 2015 12:03 (UTC+04:00)

Macarıstanın "WizzAir" aviaşirkəti 2016-cilin mart ayından etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviareysləri bərpa edəcək.

Bu barədə cümə günü jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov xəbər verib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq müqavilə oktyabrın 28-də imzalanacaq.