Hacı namizədlər müqəddəs torpaqlara göndərildi

18 Oktyabr 2012 18:42 (UTC+04:00)
Movqe.Az bildirir ki, Türkmənistanda 188 hacı namizədi, Həcc ibadətini yerinə yetirmək üçün müqəddəs torpaqlara getdilər. Türkmən hacı namizədlər dövlətin dəstəyi ilə yaradılmış xüsusi təyyarə ilə müqəddəs torpaqlara yola düşüblər. Onların arasında qadınların çoxluğu diqqət çəkib. Hacı namizədlər, səfərin əvvəlində Aşqabaddaki Ərtoğrul Qazi məscidinə ziyarət ediblər. Burada hacı namizədlərə məlumatlandırma iclası keçirilib. İclasdan sonra hacı namizədlər, müqəddəs torpaqlara uçmaq üçün hava limanına üz tutublar. Türkmənistan hökuməti, 1994-cü ildən bəri hər il Həcc ziyarəti dövründə 188 hacı namizədinin təyyarə bileti daxil olmaqla bütün xərclərini qarşılayaraq müqəddəs torpaqlara göndərir. Dövlətin dəstəyi ilə Həccə getmək istəyənlər müraciətlərdən sonra seçilirlər. Türkmənistanda öz imkanları ilə Həcc ziyarətinə getmək istəyənlər üçün isə hər hansı bir maneə yoxdur.