"Fenerbahçe" səviyyəsini göstərdi"

23 Oktyabr 2015 12:53 (UTC+04:00)

"Fenerbahçe" bu mövsüm Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini "Ajax" üzərində qazanıb 1:0. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, matçdan sonra medianın qarşısına çıxan "sarı lacivərdlilər"in çalışdırıcısı Vitor Pereyra artıq həftə sonu baş tutacaq İstanbul derbisinə köklənəcəklərini qeyd edib.

"Səhər yuxudan duranda heç vaxt öləcəyimi düşnmərəm. Hər zaman hədəflərim üçün mübarizə aparmaq istəyilə yataqdan qalxıram. Həyatım boyu belə olub və belə də davam edəcək. Bu gün yaşayırıq dediyim kimi Avropa Liqasında da yolumuza davam edirik. Bazar gününə qədər toparlanıb güclü bir "Fenerbahçe" kimi meydana çıxacağıq. "Galatasaray"la oyun çox önəmlidir. "Ajax" üzərindəki qələbəni haqq etdik. Təhlükəli vəziyyətlər yaradan və qalib gəlmək istəyən tərəf biz idik. Xüsusilə 2-ci hissədə oyun tamamilə meydanın rəqibə aid hissəsində keçdi. "Fenerbahçe" səviyyəsini göstərdi. Hər kəsə yetərli cavab vermək istəyirdik. Komanda halında nə qədər mübariz olduğumuzu göstərdik. Bu həftə ciddi tənqidlərlə üzləşmişdik. Azarkeşlərə də təşəkkür edirəm. Bizi tək buraxmadılar. Artıq Avropa Liqası səhifəsini müvəqqəti qapayıb "Galatasaray"la derbi matçına konsentrasiya olmalıyıq".