Metroda manqal qonaqlığı keçirtdilər

18 Oktyabr 2012 17:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, çərşənbə günü günorta saatlarında Köln metrosunda nəqliyyat dayanıb, minlərlə sərnişin evakuasiya edilib və metro səfərləri təxminən bir saat müddətinə təxirə salınıb.Metrodaki problemin səbəbi şəhərin ən fəal metro dayanacaqları arasında olan "Breslauer Platz" və "Dom " metro stansiyasından çıxan duman olub. Xilasetmə qrupları metro tunelləri içinə girərək təxminən bir saat müddətind tüstünün qaynağını axtarıb və maraqlı bir nəticə ilə qarşılaşılıb. Tüstünün qaynağının  metro tunelinin içində keçirilən manqal şənliyi olduğu aydın olub.Eyni tikinti firması nəzdində çalışan təxminən 30 işçinin inşaatın müəyyən bir hissəsini bitirmələrinin yer altında sosiska və ət qızardaraq qeyd etdiyi meydana çıxıb.