Fransa Cəzair məsələsində qəti addım atıb

18 Oktyabr 2012 18:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Fransa prezidenti Fransua Hollande ''17 oktyabr 1961-ci il dramı'' olaraq xatırlanan Cəzairin müstəqilliyini istəyən nümayişçilərin Parisdə öldürüldüyünü, rəsmi olaraq qəbul etdiyini açıqlayıb. Fransız tarixçilər, polisin qanlı hücümunda yüz Cezairlinin mühakiməsiz öldürüldüyünü qeyd edib. Fransız tarixi isə Cəzairli nümayişçilərin polisə qarşı çıxması nəticəsində  yalnız 3 nəfərin öldürüldüyünü iddia edir. Fransa Senatı gələn həftə bu mövzuda hazırlanmış qərar layihəsinə səs verəcək.