İlham Əliyev Fransua Ollanda başsağlığı verib

23 Oktyabr 2015 18:20 (UTC+04:00)

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".