"Newsweek" jurnalının nəşri dayandı

18 Oktyabr 2012 19:14 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Amerika "Newsweek" jurnalı 31dekabr nəşrindən sonra bir daha yayımlanmayacaq. 80 il nəşr olunan jurnalı bundan sonra yalnız internetdən oxumaq mümkün olacaq.

Xatırladaq ki, "Newsweek" bütün dünyada satılan, həftəlik Amerika xəbər jurnalı idi. 1933-ci ildən bəri nəşr olan jurnal ABŞ-ın ən əhəmiyyətli üç həftəlik jurnalından biri idi. Tiraj və reklam gəliri baxımından Time jurnalından sonra gəlirdi.