Azərbaycanın ikinci peyk proqramının dəyəri açıqlanıb

24 Oktyabr 2015 16:00 (UTC+04:00)

Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Movqe.az Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentiliyinin saytına istinadən məlumat verir ki, bu vəsait "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının aınmasına sərf ediləcək.

"Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1a" 2013-cü il fevralın 1-də orbitə çıxarılıb.