İlham Əliyev Avstriya Prezidentini təbrik edib

24 Oktyabr 2015 21:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişeri təbrik edib.

Movqe.az-ın məlumatına görə, təbrikdə bildirilir:

"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm".