Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

25 Oktyabr 2015 18:00 (UTC+04:00)

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər zəif duman, çiskin olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° isti olacaq.

Azərbaycan rayonlarında arabir yağış yağacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 14-18° isti, dağlarda gecə 5-10°, gündüz 10-14° isti olacağı gözlənilir.